ASELSAN Ukrayna helikopterlərini elektro-optik sistemlərlə təchiz edəcək
Türkiyənin ASELSAN şirkəti ilə Ukraynanın “Motor Siç” və “Ukroboronprom” şirkətləri arasında Mi-8 helikopterlərinin modernləşdirilməsinə dair saziş imzalanıb.
“Poliqon” xəbər verir ki, ASELSAN tərəfindən istehsal edilən elektro-optik sistemlər modernizasiya çərçivəsində Mi-8 helikopterlərinə inteqrasiya ediləcək.
Layihə çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin aviasiya parkında yer alan helikopterlərlə yanaşı sifariş əsasında digər tərəfdaş dövlətlərin invertarındakı Mi-8-lərin də modernləşdirilməsi planlaşdırılıb.
Modernləşdirmə çərçivəsində istifadə ediləcək elektro-optik sistemlər CATS və ya inkişaf mərhələsində olan F-500C ola bilər. Bu iki məhsul helikopterlərin hədəfi lazerlə işarələmə qabiliyyətinə malik olması ilə önə çıxır.
Rizvan Fikrətoğlu