ASELSAN Ukraynaya SARP NSV döyüş modulları tədarük edib

ASELSAN Ukraynaya SARP NSV döyüş modulları tədarük edib

Türkiyənin ASELSAN şirkəti Ukraynanın “Praktika” Elmi-İstehsalat Birliyinə “Kozak 2M1” zirehli avtomobillərini dəstləşdirmək üçün SARP NSV məsafədən idarə olunan döyüş modulları tədarük edib.

ASELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, “Sarp Dual” məsafədən idarə olunan stabilizə olunan silah sistemi (modulu) 7,62 mm-lik FN MAG58 və 12,7 mm-lik M2H8 müxtəlif çaplı iki pulemyotla təchiz oluna bilir.

İri çaplı pulemyot əvəzinə modul 40 mm-lik MK18 avtomatik qumbaraatanla təchiz olunmaq imkanına malikdir. Döyüş dəsti: 7,62×51 mm patron 1500 ədəd, 12,7×99 mm-lik patron 400 ədəd və ya 40×46 mm-lik atəş yığımı 96 ədəd.

7,62 mm-lik FN MAG58 və ya M240 və 12,7 mm-lik M2HB pulemyotlarla silahlandırılmış “Sarp Zafer” məsafədən idarə olunan stabilizə olunan silah sisteminin (modulun) unikallığı ondan ibarətdir ki, silahları döyüş maşınının içərisində olaraq çölə çıxmadan zirehli müdafiə altında doldurmaq olur. Modulda 7,62×51 mm-lik FH MAG58 pulemyotunun əvəzinə 7,62x54R mm-lik PKM pulemyotu və ya 12,7×99 mm-lik M2HB iri çaplı pulemyotun əvəzinə isə 12,7×108 mm-lik NSV pulemyotunu quraşdırmaq mümkündür. Döyüş dəsti: 7,62×51 mm patron 500 ədəd, 12,7×99 mm-lik patron 100 ədəd.

“Kozak 2M1” ümumi çəkisi 12 ton olmaqla kiçik döyüş qrupları üçün təyin edimiş taktiki zirehli maşındır.

Əsas texniki xüsusiyyətləri: təkər formulu – 4×4; zirehli gövdə – PZSA-5 ballistik müdafiə səviyyəli; heyəti – 9 nəfərə qədər (desantla birlikdə); mühərrik: 5,9 litrlik turbodizel IVECO; mühərrikin gücü – 280 at gücü; maksimal fırlanma momenti – 950 Nm; sürətlər qutusu – ZF markalı 6 pilləli mexaniki; şossedə maksimal hərəkət sürəti – 100 km/saat; yanacaq üzrə gediş ehtiyatı – 260 km.

“Sarp Zafer” məsafədən idarə olunan stabilizə olunan silah sistemi

“Sarp Dual” məsafədən idarə olunan stabilizə olunan silah sistemi

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş