ASELSAN UV raket xəbərdarlıq sistemi hazırlayır

ASELSAN UV raket xəbərdarlıq sistemi hazırlayır

Türkiyənin ASELSAN şirkəti lisenziya ilə UV raket xəbərdarlıq sistemi hazırlayır.

“Poliqon” xəbər verir ki, bu barədə məlumat ASELSAN-ın 2021-ci il üzrə illik hesabatında yer alıb.

UV raket xəbərdarlıq sistemi Almaniyanın “Airbus” şirkəti tərəfindən lisenziyanın təhvil verilməsi ilə ASELSAN-da istehsalına başlanılan Türkiyə Silahlı Qüvvələrinin helikopter platformalarını idarəolunan raket (IR) təhlükələrinə qarşı qorumaq üçün xəbərdarlıq məlumatları ötürən sistemdir.

Bütün alt birləşmələri yerli istehsal olan sistemin sensor hissəsində yer alan foto-detektor və 6 fərqli optik filtr əvvəllər Almaniyadan gətirilib. Lakin 2017-ci ildə Almaniya hökumətinin başlatdığı embarqo səbəbindən foto-detektor və optik filtrlərin Türkiyə ordusuna tədarükü dayandırılıb.

Bu səbəbdən dolayı Türkiyə sənaye mütəxəssisləri 2020-ci ilin noyabrında optik filtrlərin milliləşdirilməsini tamamladıqdan sonra 2021-ci ilin sonuna qədər çatdırılması həyata keçirilib. 2022-ci ilin fevral ayından etibarən isə milli olaraq yaradılmış fərqli foto-detektorların kalifikasya testləri başa çatıb. Hazırda helikopterə inteqrasiyası ilə uçuş sınaqlarının həyata keçirilməsi planlaşdırılır. NEFIS layihəsi çərçivəsində tamamilə yerli dizaynla hazırlanana UV raket xəbərdarlıq sisteminin ixrac məhdudiyyətinin bütünlüklə aradan qaldırılması istiqamətində işlər görülür.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş