ASELSAN və KADDB birgə şirkət yaradır
Türkiyənin ASELSAN və İordaniyanın KADDB Investment Group şirkəti arasında birgə firmanın yaradılmasına dair saziş imzalanıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ASELSAN məlumat yayıb.
Yeni şirkətdə ASELSAN 49%, KADDB Investment Group isə 51% paya malikdir. Saziş martın 15-də imzalanıb.
Yeni şirkətin yaradılması və qeydiyyatı işlərinin cari ilin birinci yarısında tamamlanması nəzərdə tutulur.
CATEGORIES Sənaye