ASELSAN və HAVELSAN arasında əməkdaşlıq memorandumu imzalanıb

ASELSAN və HAVELSAN arasında əməkdaşlıq memorandumu imzalanıb

Türkiyənin ASELSAN və HAVELSAN şirkətləri arasında İş Paylaşımı Anlaşma Memorandumu imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, iki şirkət arasında əməkdaşlığı dəstəkləyəcək bu memorandum ilə inkişafın davamlılığı daha da artacaq: “Yeni dövrdə müdafiə sənayemizin inkişafını sırf rəqabətdən daha çox, ekosistemin bacarıq, performans, potensial və tutum baxımından bir-birini tamamlaması və əməkdaşlığı üzərində qurmağa çalışırıq”.

H.Görgünün sözlərinə görə, bunun sayəsində səmərəlilik, təkrarlama, prioritetləşdirmə və təcrübə boşluğu kimi əsas problemlər minimuma endiriləcək.

“Əgər müdafiə sənayesi şirkətlərimiz bir-birlərinin çatışmazlıqlarını və ya bacarıq boşluqlarını tamamlamaq üçün öz strategiyalarını inkişaf etdirsələr, bu, təbii ki, əməkdaşlıq imkanlarını artıracaq.

Bu gün imzalanan bu memorandum şirkətlərimiz arasında əməkdaşlığın təmin edilməsi istiqamətində səylərimizin göstəricisi olmaqla yanaşı, həm də gələcək əməkdaşlıq üçün yaxşı nümunədir”, – deyə Türkiyənin müdafiə sənayesi başqanı qeyd edib.

CATEGORIES
TAGS