BREM-1M zirehli təmir-təxliyə maşınlarının Rusiya Ordusuna tədarükü tamamlanıb

BREM-1M zirehli təmir-təxliyə maşınlarının Rusiya Ordusuna tədarükü tamamlanıb

“Uralvaqonzavod” (UVZ) konserni (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) BREM-1M zirehli təmir-təxliyə maşınlarının daha bir partiyasını Rusiya Ordusuna göndərib.

“Poliqon” “Uralvaqonzavod” konserninə istinadən xəbər verir ki, bununla BREM-1M-lərin Rusiya Ordusuna tədarükü üçün 2024-cü ilin dövlət müdafiə sifarişi tamamlanıb.

BREM-1M zirehli təmir-təxliyə maşınları döyüş meydanında əsasən T-72B3M, T-80BVM və T-90M “Prorıv” tanklarının təmir və bərpasını həyata keçirmək üçün nəzərdə tutulub. Onun əsas vəzifələrinə düşmənin atəş zonasından zədələnmiş texnikaların vaxtında çıxarılması və əsgərlərin həyatını xilas etmək də daxildir.

Zirehli maşınların təmiri zamanı BREM-1M-lər əvəzolunmazdır. O, istənilən aqreqat və ya güc qurğularını hərəkət etdirə bilən, qaldırma qabiliyyəti 20 tona qədər olan tam fırlanan hidravlik kran, təmir işləri və texniki xidmət üçün elektrik qaynaq maşını ilə təchiz edilib.

CATEGORIES
TAGS