ASELSAN və ROKETSAN raket alt sistemləri ilə bağlı müqavilələr imzalayıb

ASELSAN və ROKETSAN raket alt sistemləri ilə bağlı müqavilələr imzalayıb

Türkiyənin ASELSAN və ROKETSAN şirkətləri arasında raket alt sistemləri və arayıcı başlıqların istehsalı ilə bağlı ümumi dəyəri 83.7 milyon ABŞ dolları olan müqavilələr imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Qeyd edilib ki, sözügedən müqavilələr çərçivəsində ASELSAN tərəfindən tədarüklər 2024-2028-ci illər arasında həyata keçiriləcək.

CATEGORIES
TAGS