ASELSAN ventilyasiya cihazlarının tədarükünə dair 31 milyon dollarlıq müqavilə bağlayıb

ASELSAN ventilyasiya cihazlarının tədarükünə dair 31 milyon dollarlıq müqavilə bağlayıb

Türkiyənin ASELSAN şirkəti ilə “Beynəlxalq Səhiyyə Xidmətləri” şirkəti arasında ventilyasiya cihazlarının tədrükünə dair 31 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”ə ASELSAN şirkətindən məlumat verilib.

Bunula əlaqədar ASELSAN ventilyasiya cihazlarının seriyalı istehsalı ilə bağlı işlərə başlayıb.

ASELSAN mütəxəssislərinin sözlərinə görə, COVID-19 epidemiyasından sonra bütün dünyada havalandırma sisteminə ehtiyac yaranıb: “Bundan əlavə, cihazlarda istifadə olunan bir çox komponentə dünya miqyasında tələbat qısa müddət ərzində maksimum səviyyəyə yüksəlib. Ölkələr öz ehtiyaclarını prioritet sayaraq havalandırma qurğularına və əsas komponentlərə məhdudiyyət qoyur”.

Belə bir mühitdə ASELSAN, “Baykar”, “Arçelik” və “Biosys” şirkətləri yerli ventilyasiya cihazının Türkiyədə hazırlanması üçün birlikdə əməkdaşlığa başlayıb.

ASELSAN “Biosys” şirkətinin prototip ventilyasiya cihazının aparat və proqram dizaynının təkmilləşdirirək xaricdən tədarük olunmayan əsas komponentlərin yerli imkanlar hesabına dizayn və istehsalını həyata keçirib.

 

CATEGORIES
TAGS