ASFAT Azərbaycandan sonra Afrika ölkəsinə MEMATT ixrac edir

ASFAT Azərbaycandan sonra Afrika ölkəsinə MEMATT ixrac edir

Türkiyənin ASFAT şirkəti Qərbi Afrika ölkəsi olan Burkina-Faso Respublikasına MEMATT mexaniki minatəmizləmə maşınları tədarük edəcək.

“Poliqon” bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

“ASFAT tərəfindən istehsal olunan MEMATT mexaniki minatəmizləmə maşınları Azərbaycandan sonra Burkina-Fasoya ixrac olunur. Beləliklə ASFAT bölgəyə ilk müdafiə sənayesi ixracatını reallaşdırmış oldu,” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Vətən müharibəsindən sonra, işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən minalanmış ərazilərin təmizlənməsi üçün MEMATT-ların istifadəsinə qərər verib. Bu məqsədlə Azərbaycan Müdafiə Nazirliyi ilə ASFAT şirkəti arasında 20 ədəd MEMATT maşının tədarükünə dair müqavilə bağlanıb. Artıq MEMATT mexaniki minatəmizləmə maşınlarının iki partiyası Azərbaycana gətirilib və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində istifadə edilir.

Müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi MEMATT modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur.

4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.

Həşim Səhrablı

Poliqon.az

CATEGORIES
TAGS