ASFAT Malayziya HHQ-nin təyyarə və helikopterlərinə texniki xidmət göstərəcək
Türkiyənin ASFAT və Malayziyanın AIROD şirkətləri arasında əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
“Poliqon” ASFAT-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən imza mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Malayziyanın müdafiə naziri Mohamed Khaled bin Nordin də iştirak edib.
Sazişə əsasən, ASFAT tərəfindən Malayziya Hərbi Hava Qüvvələrinin A400M, CN-235 ve C-130 nəqliyyat təyyarələrinə, o cümlədən S-70A çoxməqsədli helikopterlərinə texiniki xidmət və logistika dəstəyi göstəriləcək.