ATE şirkəti tərəfindən PDM-lər üçün hazırlanmış yeni döyüş modulu – FOTOLAR
ATE şirkəti tərəfindən piyadaların döyüş maşınları üçün hazırlanmış döyüş modulu görüntülənib.“AzeriDefence”nin məlumatına görə, Əlcəzairə məxsus BMP-1 tipli piyadaların döyüş maşınının üzərinə qurulmuş yeni döyüş modulunun fotoları artıq bəzi hərbi forumlarda yayılıb. Giroskopik tuşlama və hədəfi avtomatik müşayiət etmə sistemi ilə təchiz olunmuş döyüş moduluna 30-mm-lik top qülləsi, 7.62 mm-lik cütləşmiş pulemyot və 40-mm-lik avtomatik qumbaraatan daxildir. Bundan başqa, döyüş moduluna üç ədəd tank əleyhinə idarə olunan raket birləşdirilib. Şirkətin açıqladığı məlumata görə bu döyüş modulunu digər tırtıllı və təkərli maşınlara quraşdırmaq olar. Atıcının və komandirin mövqeyi top qülləsinin hərəkət hissəsinin altında yerləşir.
Distans top qülləsi və ATE atış sistemin təkmilləşdirilməsi piyadaların döyüş maşınları üçün yüksək səviyyəli döyüş və müdafiə qabiliyyətini verir. Bunun əsasında ekipaj sistemi gecə və gündüz idarə edə bilir. Paralel olaraq atış qabiliyyəti daha da gücləndirilib, hərəkət edən hədəfləri isə daha da asan vurmaq mümkündür.
Sistemə daxil olan Ingwe tipli tank əleyhinə idarə olunan raket 5000 m, 30 mm-lik top 2000 m, 40 mm-lik qumbaraatan 1500 m, 7.62 mm-lik pulemyot isə 800 metr məsafədəki hədəflərə qarşı tətbiq olunur.