ATMACA UM qanadlı raketi öz rekordunu yeniləyib – VİDEO

ATMACA UM qanadlı raketi öz rekordunu yeniləyib – VİDEO

Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən ATMACA UM (“Kara ATMACA”) qanadlı raketinin növbəti atış sınağı yerinə yetirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı ATMACA UM raketi ən uzun məsafəli və ən uzunmüddətli uçuşunu həyata keçirərək öz rekordunu yeniləyib.

““Kara ATMACA”mız atışlı test fəaliyyətində rekord təzələyib. Qanadlı raketimiz ATMACA UM, ən uzun mənzilli və ən uzunmüddətli uçuşunu uğurla tamamlayaraq, sahədəki etibarlılığını və çəkindirici gücünü bir daha sübut edib”, – deyə “Roketsan” şirkətinib baş direktoru bildirib.

Qeyd edək ki, “Roketsan” şirkəti daha əvvəl ATMACA UM raketinin 280 km mənzilə sahib olduğu bildirmişdi. Sonradan isə raketin 400 km məsafədəki hədəfi dəqiqliklə vurduğu açıqlanmışdı.

“Roketsan”ın son olaraq paylaşdığı məlumat bunu deməyə əsas verir ki, raketin mənzili 400 km-dən də çoxdur.

CATEGORIES
TAGS