Avropanın ilk pilotsuz zərbə aparatı “nEUROn” nümayiş olundu
“Dassault” şirkəti Avropanın ilk pilotsuz zərbə aparatı olan “nEUROn”un prototipini nümayiş etdirib. Pilotsuz aparatın nümayişində İsveç, İtaliya, Fransa, İspaniya, Yunanıstan və İsveçrənin nümayəndələri iştirak edib. Hansı ki, layihənin yaradılmasında məhz bu ölkələr iştirak edib.
Təqdimat mərasimində qeyd olunub ki, “nEUROn”un prototipi uçuş sınaqlarına tamamilə hazırdır. Yaxın vaxtlarda “Dassault” şirkəti pilotsuz təyyarəyə qurulmuş mühərriklərin sınaqlarına başlamağı planlaşdırır. Sonra aparat uçuş və enmə sınaqları keçəcək. Ilk uçuş isə 2012-ci ilin ortalarında olacaq. Aparatın seriyalı istehsalı isə iki ildən sonra mümkün olacaq.
Avropada pilotsuz zərba aparatının hazırlamasına beş il əvvəl başlanıb. Layihədə aparıcı şirkət “Dassault”la yanaşı İsveçin “Saab”, İtaliyanın “Alenia Aeronautica”, Yunanıstanın EAB, İsveçrənin RUAG şirkətləri iştirak edib. Layihənin dəyəri 405 milyon avro təşkil edir.
“nEUROn” uçuş aparatı “stels” texnologiyaların tətbiqi ilə “uçan qanad” sxemi üzrə yaradılıb. Pilotsuz təyyarənin uzunluğu 9,5 metr, qanad açıqlığı 12,5 metrdir. Reaktiv mühərriklə təchiz edilmiş aparatın sürəti 920 km/saatdır. “nEUROn”un silah qaldırma qabiliyyəti 6 tondur və bütün silahları aparatın daxili bölmələrində yerləşir.