Avstraliya ABŞ-dan 6.3 milyard dollarlıq hərbi nəqliyyat təyyarələri alır

Avstraliya ABŞ-dan 6.3 milyard dollarlıq hərbi nəqliyyat təyyarələri alır

ABŞ-ın Xarici İşlər Nazirliyi C-130J-30 “Super Hercules” hərbi nəqliyyat təyyarələrinin Avstraliya Hərbi Hava Qüvvələrinə (HHQ) tədarük edilməsinə razılıq verib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, verilən razılığa əsasən ABŞ-ın “Lockheed Martin” şirkıti Avstraliya HHQ-ə ümumi dəyəri 6.35 milyard ABŞ dolları olan 24 ədəd C-130J-30 hərbi nəqliyyat təyyarəsi tədarük edəcək.

Həmçinin, şirkət Avstraliya HHQ-ə bu təyyarələrin həm ehtiyyat hissələrini təmin edəcək, təmir və texniki xidmətni həyata keçirəcək, həm də logistika dəstəyi göstərəcək.

ABŞ-dan alınacaq bu yeni təyyarələr Avstraliya HHQ-nin aviasiya parkında yer alan köhnəlmiş C-130J “Super Hercules”ləri əvəz edəcək.

Qeyd edək ki, C-130J-30 hərbi nəqliyyat təyyarəsi C-130J “Super Hercules” çoxsaylı variantlarından biridir. 20 ton faydalı yüklə birlikdə maksimal uçuş tavanı 8000 metr olan C-130J “Super Hercules” 6706 metr hündürlükdə 600 km/saat sürətlə uçmaq qabiliyyətinə malikdir.

Təyyarənin 18 ton yüklə bir yerdə uçuş məsafəsi 4425 kilomter təşkil edir. C-130J hər biri 4700 at gücünə sahib 4 ədəd “Rolls-Royce AE 2100D3” turbovintli mühərriklə təchiz olunub.

Xatırladaq ki, yaxın günlərdə Avstraliya Hökuməti və İtaliyanın “Leonardo” şirkəti arasında C-27J “Spartan” hərbi nəqliyyat təyyarələrinin avionika sistemlərinin yenilənməsi ilə bağlı 70 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Poliqon.az

CATEGORIES