Xəbərlər

Avstraliya PDM-i üçün rezin tırtıllar

Cənubi Koreyanın “Hanwha Defence” şirkətinin “Hanwha Defence Australia” bölməsi Avstraliyanın PDM-ləri əvəzetmə proqramı çərçivəsində təklif olunan “Redback IFV” PDM üçün kompozit rezin tırtıl (Composite Rubber Track – CRT) təklif edir.

“Poliqon”un məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti xəbər verib.

Fransanın “Soucy İnternational İnc” şirkətinin yeni rezin tırtılları quruluşuna görə ənənəvi metal tırtıla nisbətən bir sıra üstünlüklərə malikdir.

Yeni tırtıl dəsti PDM-in yanacağa qənaət etməsi və daha sürətlə hərəkəti üçün 70%-ə qədər daha az titrəmə verir, daha səssizdir, daha yaxşı manevr etmə qabiliyyətinə və daha az çəkiyə sahibdir, həmçinin 80%-ə qədər az texniki qulluq tələb edir.

Bu yaxınlarda “Soucy International İnc” şirkəti ABŞ Ordusundan “Yerüstü sistemlər mərkəzinə” CRT sistemlərinin prototiplərinin tədarükü ilə əlaqədar müqavilə əldə etmişdir. Bu mərkəzdə rezin tırtıllar yeni nəsil döyüş maşınlarının pilotsuz və heyətli platformalarında sınaqlarda istifadə ediləcəkdir.

Xatırladaq ki, “Rheinmetall Defence Australia” və “Hanwha Defence Australia” şirkətləri Avstraliya üçün yeni piyada döyüş maşını yarışmasının finalına girib.

Almaniya və Cənubi Koreya mənşəli şirkətlərin nümayəndələri döyüş maşınlarının üç nümunəsini sınaq üçün göndəriblər. İki nümunə bir sıra yürüş və qiymətləndirmə sınaqlarından, digəri isə partlayışa davamlıq sınaqlarından keçiriləcəkdir.

İşlər Avstraliya Ordusunun “Land 400” proqramının üçüncü mərhələsinin bir hissəsi əsasında yerinə yetirilir. Proqram çərçivəsində Avstraliya Müdafiə Nazirliyi piyada döyüş maşınlarına əvəz axtarır və altı döyüşçü və üç heyət üzvünün daşınması üçün özünün texniki tələblərini irəli sürüb.

Layihə əsasında ümumilikdə 450-ə qədər döyüş maşınını alınacaq.

Müxtəlif növ sınaqlar 2021-ci il ərzində davam edəcək və nəticələr əsasən döyüş maşınları qiymətləndiriləcək. Və 2022-ci ildə Avstraliya hökuməti yeni bir döyüş maşını ilə bağlı son qərarını verəcəkdir.

Avstraliya artıq milli silahlı qüvvələr üçün yeni təkərli döyüş maşını seçib. Keçirilən müsabiqənin nəticələrinə görə, qalib “Boxer” zirehli transporyor təklifi ilə “Rheinmetall Defence Australia” şirkəti olub.

Avstraliya ayrıca olaraq 30 ədəd Cənubi Koreya istehsalı 155 mm K9 “Thunder” özüyeriyən artilleriya qurğusu və onlar üçün K10 nəqliyyat-doldurma maşınları (ARV) alınacaqdır.

Əhəd Əzizov

Back to top button