Avstraliya Silahlı Qüvvələri robotlaşdırılmış tırtıllı M113 AS4 transportyorları alıb

Avstraliya Silahlı Qüvvələri robotlaşdırılmış tırtıllı M113 AS4 transportyorları alıb

Avstraliya Silahlı Qüvvələri robotlaşdırılmış “pilotsuz” M113 AS4 tırtıllı zirehli transportyorları (ZTR) alıb.

“Poliqon” xəbər verir ki, bu barədə “BAE Systems Australia” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“BAE Systems Australia” şirkəti noyabrın 22-də Avstraliya Silahlı Qüvvələrinə 20 ədəd M113 AS4 “pilotsuz” tırtıllı ZTR təhvil verildiyini elan edib.

Zirehli transportyorlarda heyət tərəfindən “əllə idarə etmə” qabiliyyəti də saxlanılıb.

Şirkətdən qeyd olunur ki, bunlar müştəriyə robotlaşdırılmış zirehli maşınların imkanları və döyüş meydanında istifadə perspektivlərinin reallığı haqqında təsəvvür yaradan nümayiş maşınlarıdır.

Hər bir M113 AS4 ZTR “BAE Systems” texnologiyasına əsaslanan və avtonom işləməyə imkan verən maşınları idarəetmə sistemi ilə təchiz edilib.

259448158 440941954197755 4337891990705930454 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS