Xəbərlər
Azərbaycan ərazilərini minalamaq istəyən diversant saxlanılıb

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycan ərazisinə daxil olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.
Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı Azərbaycan ərazilərinin minalanması olub.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.




