Xəbərlər

Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Müdafiə Nazirliyi fevralın 1-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusuna Yardım Fonduna cari il fevralın 1-dək 212 156 968,42 AZN, 11 176 390,65 ABŞ dolları, 183 484,92 avro, 593 924,33 türk lirəsi, 1 844,72 ingilis funt sterlinqi və 5 398 550 rubl vəsait daxil olub.

Qeyd edək ki, Azərbaycan Ordusuna Yardım Fondu Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə təsdiq edilib.

Back to top button