Xəbərlər

Azərbaycan Ordusunun iki əsgəri mina partlayışı nəticəsində xəsarət alıb

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu mina partlayışı nəticəsində xəsarət alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyimin mətbuat xidməti məlumat yayıb.

“Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur”, – deyə məlumatda bildirilib.

Back to top button