Xəbərlər

Azərbaycan-Türkiyə müdafiə sənayesində yeni mərhələ

XXI əsr bir çox silahlı münaqişələrə şahidlik eləsə də, “21-ci əsrin müharibəsi” özünün simasını məhz 44 günük Vətən müharibəsində göstərib. Müasir texnologiyanın tətbiqi ənənəvi savaş taktikasını alt-üst edib, yeni cəbhələrə diqqəti artırıb. Başqa sözlə, dünya dövlətlərini savaş doktrinalarını yenidən nəzərdən keçirməyə vadar edib.

“Poliqon”un məlumatına görə, “Dəmir yumuruq” əməliyyatında əsasən müasir texnologiyadan istifadə edilməsi Ermənistan ordusu haqqında mifləri darmadağın etdi və Ermənistan kapituliyasiya aktını imzalamağa məcbur oldu.

1-ci Qarabağ savaşından fərqli olaraq 2-ci Qarabağ savaşında rabitə sistemləri də müasir texnalogiyalarla əvəzlənib. Bu isə əməliyyatların tam məxfi aparılmasına şərait yaradıb.

Onu da xatırlatmaq yerinə düşər ki, istehsal etdikləri texnalogiyalarla Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında ön yerdə dayanan Türkiyənin ASELSAN şirkəti hər iki Qarabağ döyüşlərində Azərbaycan Ordusunu rabitə sistemləri ilə təmin edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük heyətlə Azərbaycana səfərini isə iki qardaş ölkənin dünyaya həm də bir mesajı kimi xarakterizə etmək olar. Bu səfərin tarixi əhəmiyyəti böyükdür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə Azərbaycan və Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırdı. Şuşa Bəyannaməsində göstərilən bütün müddəalar hər iki ölkənin gələcək işbirliyinin təminatıdır. Bu bəyannamə ilə həm də Azərbaycan-Türkiyə müdafiə sənayesində yeni mərhələnin başlanğıcı qoyuldu.

Səfər çərçivəsində rəsmi heyətin içərisində ASELSAN İdarə Heyətinin sədri Haluk Görgünün də yer alması texnalogiya baxımından dünyanın ən güclü 50 ölkəsinin müdafiə sənayesi şirkətləri sıralamasında qabaqcıl yeri tutmuş ASELSAN-nın Azərbaycan üçün əhəmiyyətinin nə qədər böyük olduğunu göstərir.

Bundan əvvəl, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ASELSAN şirkəti ilə birlikdə lazer tuşlamalı aviasiya bombası hazırlayıb. Bundan sonra, radio elektron sistemlər, uzaqdan idarə olunan komanda kontrol sistemlərinin Azərbaycanda birgə istehsalı, habelə gələcəkdə dünya ölkələrinə satışının həyata keçirilməsi planlaşdırılır. Bu isə ASELSAN-ın Azərbaycan silah bazarında möveyini gücləndirir.

Anar Şuşalı

Poliqon.az

Back to top button