Xəbərlər

Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub

Mayın 22-də Belarusun Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Poliqon” Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan Prezidenti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib, bu yaxınlarda baş vermiş məlum hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini çatdırıb.

Aleksandr Lukaşenko ölkəsinin bu vəziyyətin yaxın günlərdə nizamlanacağına ümidvar olduğunu qeyd edib…

Poliqon.az

Back to top button