Xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov vəfat edib

Azərbaycanın Milli Qəhrəmanı, 1959-cu il təvəllüdlü Həsənov Məhəmməd Ələsgər oğlu noyabrın 9-da yaşadığı Goranboy rayonu ərazisində avtomobil qəzasına düşərək ağır xəsarət alıb.
“Azeri Defence” saytının məlumatına görə, dərhal xəstəxanaya yerləşdirilən Milli Qəhrəman Məhəmməd Həsənov bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin.




