Azad olunan ərazilərdə 207 mina və 10040 PHS aşkarlanıb

Azad olunan ərazilərdə 207 mina və 10040 PHS aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü il avqustun 5-dən 11-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1224.3 ha ərazi yoxlanılıb, 163 ədəd piyada əleyhinə mina, 44 ədəd tank əleyhinə mina və 10040 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES