Xəbərlər

Azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib

Hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq üçün 2021-ci il ərzində Müdafiə Nazirliyinin rəhbərliyi işğaldan azad olunmuş ərazilərə 30 dəfə səfər edib.

“Poliqon” xəbər verir ki, bunu Müdafiə Nazirliyində ilin yekunlarına dair keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Anar Eyvazov bildirib ki, carı ildə işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlər aparılıb. Aparılan işlər nəticəsində azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib.

Onun sözlərinə görə, 2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Qeyd olunub ki, 2021-ci il ərzində Mühəndis Qoşunları tərəfindən azad olunan ərazilərimizdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin döyüş mövqelərinə yeni təminat yolları çəkilir.

Mina təmizlənmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Poliqon.az

Back to top button