Azərbaycan cəbhədə “Smerç”ləri işə salıb? – Müdafiə Nazirliyi ermənilərin iddialarını təkzib edir – YENİLƏNİB

Cəbhə xəttində Azərbaycan Ordusu “Smerç” reaktiv-yaylım atəş sistemlərini işə salıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə erməni mediası məlumat yayıb.

Erməni tərəfi “Smerç” atışları nəticəsində nə qədər itki vermələri və dağıntılar barədə informasiyanı gizli saxlayıb. Sadəcə adıçəkilə artilleriya sistemlərinin cənub cəbhəsində (Füzuli-Xocavənd) tətbiq edildiyi bildirilir.

“AzeriDefence”nin ekspert qrupunun ehtimallarına görə, “Smerç” sisteminin tətbiq olunması böyük dağıntılara yol açmalıdır. Əgər bu sistem düşmənin konkret hərbi hədəflərinə və kommunikasiyalarına yönəlmişsə, o zaman həmin hərbi hissələrin tələfatları açıqlanan günlük rəsmi informasiyalarda göstəriləndən dəfələrlə çox olmalıdır.

Qeyd edək ki, “Smerç” sisteminin atış məsafəsi 70 km-dən 124 km-dək, bir raketinin dağıdıcı sahəsi isə 6.7 hektardır. Bir “Smerç” sistemi üzərindəki 12 raketlə 80 hektar ərazini məhv edir.

___

Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ istiqamətində “Smerç” reaktiv yaylım atəş sistemindən istifadə edilməsi ilə bağlı erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib.

 

 

CATEGORIES