Azərbaycan-Gürcüstan sərhədini pozan şəxs saxlanılıb

Azərbaycan-Gürcüstan sərhədini pozan şəxs saxlanılıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, avqust ayının 22-də saat 17:30-da “Zaqatala” sərhəd dəstəsinin Zaqatala rayonunun Kəpənəkçi kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində bir nəfər naməlum şəxsin Alazan çayını keçərək dövlət sərhədini Azərbaycandan Gürcüstana və əks istiqamətdə pozması barədə əməliyyat məlumatı daxil olub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə hərəkət edərək, xidməti ərazi qapadılıb və sərhəd pozucusunun axtarışını təmin etmək məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatı havaya qaldırılıb.

Saat 17:45-də şübhəli şəxsin yeri müəyyən edilmiş və sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan vətəndaşı, Zaqatala rayon Mosul kənd sakini 27.03.1964-cü il təvəllüdlü Həstərov Zakir Veysəlqara oğlu olması müəyyənləşdirilib. İlkin dindirmə zamanı sərhəd pozucusu dövlət sərhəddini pozduğunu etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

photo 20220823113232 e1661240545239

Poliqon.az

CATEGORIES