Azərbaycan HDQ-nin  gəmiləri Rusiyadan qayıdıb

Azərbaycan HDQ-nin gəmiləri Rusiyadan qayıdıb

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəyə qayıdıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumat görə, səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotilyasının rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bundan başqa Azərbaycanın hərbi dənizçiləri Rusiyada keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş