Müdafiə
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 12-dən 16-dək Ankara şəhərində (Türkiyə Respublikası) terrorizmlə mübarizə, 23-dək isə Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) ardıcıl tərcümə metodologiyası kursları keçirilir.
Tədbirlərdə Azərbaycan Ordusunun nümayəndələri iştirak edirlər.



