Azərbaycan hərbçiləri beynəlxalq təlimdə peşəkarlıq nümayiş etdirirlər

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə peşəkarlıq nümayiş etdirirlər

Türkiyənin Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan ilə yanaşı təlimdə iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirirlər.

Beynəlxalq təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, təcrübə mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir silah və texnikadan effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları beynəlxalq təlimdə Azərbaycanı layiqincə təmsil edirlər.

82c6e6abd794e7e3d157ff1eb776d18a

Poliqon.az

CATEGORIES
TAGS