
Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Qərargah Zabiti Kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun 2 zabiti akademiyanı müvəffəqiyyətlə başa vuraraq qırmızı diploma, sertifikata və döş nişanına layiq görülüblər.
Qeyd edək ki, “Qərargah Zabiti Kursu”nda 21 ölkədən 47 xarici hərbi qulluqçu təhsil alıb.








