Xəbərlər
Azərbaycan hərbçiləri NATO-nun hərbi təlimlərində iştirak edib

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Agile Spirit – 2021” (“Çevik Ruh 2021”) hərbi təlimləri başa çatıb.
“Poliqon” xəbər verir ki, iyulun 26-da start götürən çoxmillətli hərbi təlimlərin bu gün bağlanış mərasimi keçirilib.
Sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edib.
Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.
Rizvan Fikrətoğlu




