Azərbaycan hərbçiləri Qazaxıstanda keçiriləcək təlimdə iştirak edəcək

Azərbaycan hərbçiləri Qazaxıstanda keçiriləcək təlimdə iştirak edəcək

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə birgə təlim keçiriləcək.

“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə 2024-cü tədris ilində Qazaxıstan Silahlı Qüvvələrinin hazırlığı və inkişafının əsas tədbirləri ilə bağlı keçirilən müşavirədə bildirilib.

Bu il Qazaxıstanda beş dövlətin iştirakı ilə genişmiqyaslı təlimlərin keçiriləcəyini vurğulayan ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov deyib ki, məsuliyyət zonasında təhlükəsizliyin təmin edilməsi vəzifəsini yerinə yetirmək üçün qardaş xalqlarla silahlı qüvvələr arasında dostluq münasibətlərinin saxlanması çox vacibdir.

Daha sonra müşavirədə çıxış edən Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, 2024-cü ildə 70 mindən çox döyüş hazırlığı tədbiri nəzərdə tutulub. Onun sözlərinə görə, bunlardan ən mühümü Qazaxıstan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, “Batıs” regional komandanlığının xüsusi əməliyyat qüvvələri, eləcə də Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə keçiriləcək “Birlik” təlimidir.

CATEGORIES
TAGS