Ötən il tədarük edilən “Rafale” qırıcılarının sayı açıqlanıb

Ötən il tədarük edilən “Rafale” qırıcılarının sayı açıqlanıb

Fransanın “Dassault Aviation” şirkəti 2024-cü ildə tədarük edilən “Rafale” qırıcılarının sayını açıqlayıb.

“Poliqon” “Dassault Aviation”a istinadən xəbər verir ki, ötən il şirkət tərəfindən sifarişçilərə ümumilikdə 21 ədəd “Rafale” qırıcısı (14 Fransa, 7 ixrac) çatdırılıb.

Bundan başqa, şirkət 2024-cü ildə 30 ədəd “Rafale” sifarişi alıb ki, bunların da hamısı xarici müştərilər tərəfindən verilib.

Kateqoriya 2023 2024
Təhvil verilmiş “Rafale” qırıcılarının sayı 13 ədəd (11 Fransa, 2 ixrac) 21 ədəd (14 Fransa, 7 ixrac)
Sifariş edilmiş “Rafale” qırıcılarının sayı 60 ədəd (42 Fransa, 18 ixrac) 30 ədəd (0 Fransa, 30 ixrac)
Sifarişdə olan “Rafale” qırıcılarının ümumi sayı 211 ədəd 220 ədəd (56 Fransa, 164 ixrac)
CATEGORIES
TAGS