![Azərbaycan HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib – VİDEO Azərbaycan HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib – VİDEO](https://poliqon.az/wp-content/uploads/2023/12/6d332bff20ee741ee1dcac73c57903fa.jpg)
Azərbaycan HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib – VİDEO
2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün “2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi” keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub.
Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.
TAGS Video