Azərbaycan HHQ-nin hərbi qulluqçusu Türkiyədə kursu birinciliklə bitirib

Azərbaycan HHQ-nin hərbi qulluqçusu Türkiyədə kursu birinciliklə bitirib

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyədə təşkil olunan kursu birinciliklə bitirib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Poliqon.az

CATEGORIES