TUSAŞ Azərbaycan HHQ-nin Su-25 qırıcılarını modernləşdirəcək
TUSAŞ Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su-25 qırıcılarını modernləşdirəcək.
“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2023 sərgisində müqavilə imzalanıb.
Qeyd edək ki, müqaviləni Azərbaycan müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və TUSAŞ şirkətinin baş direktoru Temel Kotil imzalayıb. İmza mərasimində Türkiyə Müdafiə Sənayesinin (SSB) başqanı Haluk Görgün də iştirak edib.