Azərbaycan ilə Çin kosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycan ilə Çin kosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında “Kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu” imzalanıb.

“Poliqon” xəbər verir ki, sənədi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çin Milli Kosmik İdarəsinin rəhbəri Şan Conde imzalayıblar.

Qeyd edək ki, imza mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə baş tutub.

CATEGORIES
TAGS