Xəbərlər
Azərbaycan ilə Litva arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və Litva Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq danışıqları üzrə görüş keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.




