Müdafiə

Azərbaycan İsraildən avtomatik minaatan alıb

Azərbaycan İsrail istehsalı olan yeni nəsil avtomatik minaatanlarla maraqlanır.

Bu barədə “AzeriDefence”yə Polşada keçirilən MSPO-2017 sərgisində bildirilib.

“Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatanının ilk nümunələri Azərbaycana çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin (DSX) istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin minaatan avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib.

Minaatanın “SandCat” zirehli maşını üzərində qurulmuş versiyası isə 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilib.

“Bu minaatanlar tam olaraq avtomatlaşdırılıb. Özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir”, deyə mütəxəssislər bildiriblər.

İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.

sp1 e1503597386587
120 mm SPEAR
Back to top button