AerospaceMüdafiə

Azərbaycan İtaliyadan helikopterlər alacaq

Azərbaycan İtaliyanın “Leonardo” şirkətindən yeni helikopterlər alacaq.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

“Dubai Airshow-2017” aviasiya sərgisi çərçivəsində “Leonardo” şirkəti ilə danışıqlar aparılıb və razılıq əldə olunub.

Sərgi çərçivəsində offşor əməliyyatlar üçün “AgustaWestland AW169” helikopteri, həmçinin aero, foto və video çəkilişlərin aparılması üçün “AgustaWestland AW109” helikopterinin alınması üzrə saziş imzalanıb.

Qeyd edək ki, AZAL bundan əvvəl, 2012-ci ildə İtaliyadan 8 ədəd AW-139, 2 ədəd AW-189 tipli helikopter alıb.

dubai air show 141117 6 e1510667990618

Back to top button