
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, avqustun 30-da müdafiə naziri Türkiyə Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.
Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək məzunları təbrik edib.
Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.
Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.






