Azərbaycan Ordusu Ağdam istiqamətində növbəti təxribatın qarşısını alıb
Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumta görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.