Azərbaycan Ordusunda Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunda  silsilə tədbir və konsert proqramları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumta görə, əvvəlcə xalqın Ümummilli Lideri Heydər Əliyevin və respublikanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Tədbirlərdə çıxış edənlər xalqın azadlıq ideyalarının, dövlətçiliyin və müstəqilliyin rəmzi olan Dövlət bayrağı haqqında ətraflı danışıblar. Bildirilib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Milli həmrəyliyinin başlıca amillərindən olan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc mənbəyidir.

Vurğulanıb ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən yenidən dövlət rəmzi olaraq bizə qaytarılan üçrəngli bayraq bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində işğaldan azad edilmiş ərazilərdə vüqarla dalğalanır.

Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirlərdə hərbi qulluqçulara bayrağı, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən konsert proqramı təqdim edilib.

Poliqon.az

CATEGORIES