MüdafiəXəbərlər

Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri keçirilib

Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun dinləyiciləri ilə nümayiş məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, plana uyğun olaraq dinləyicilərlə atəş, kəşfiyyat, mühəndis, artilleriya hazırlığı,  döyüş maşınlarının sürülməsi, eləcə də digər ixtisas fənləri üzrə məşğələlər təşkil olunub.

Məşğələlərin əsas məqsədi şəxsi heyətin  nəzəri və praktiki bacarıqlarının, eləcə də fiziki və psixoloji dözümlülüyünün artırılmasıdır.

1 7 2 8 3 8 4 8 5 8 6 8 7 8 8 8

Back to top button