Azərbaycan Ordusunda növbəti “Komando başlanğıc kursu” başa çatıb

Azərbaycan Ordusunda növbəti “Komando başlanğıc kursu” başa çatıb

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə xalqın Ümummilli Lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.

Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb.

Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların əhəmiyyəti xüsusi qeyd edilib.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib, xatirə şəkili çəkdirilib.

 

Poliqon.az

CATEGORIES