Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması üçün aparılan islahatlar müzakirə edilib

Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması üçün aparılan islahatlar müzakirə edilib

Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması məqsədilə təhsil sahəsində aparılan islahatlar geniş müzakirə edilib.

“Poliqon” bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə bu istiqamətdə görülən işlərin intensivliyinin artırılması ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib.

Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Qış tədris dövründə döyüş hazırlığının xüsusiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri qış aylarında, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.

Həmçinin azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb.

Poliqon.az

CATEGORIES