Azərbaycan Ordusunda yeni hərbi hissə yaradıldı – KOMANDO

Azərbaycan Ordusunda yeni hərbi hissə yaradıldı – KOMANDO

Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, oktyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub.

Açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən Müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra Türkiyədə uzun müddətli “Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub.

Mərasimdə çıxış edən Müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib.

Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

00e95f281ca1f27bf9759f8a7a6b5e3e

0a963fc13b14feda79c2fbc8005d6abc

48ca057c4650e11d0a5e501558af7fdc

d76e14355ba0782368f8259329d65ab1

0b5151eabf8ad2f53fe16dfff0aacc0a 1

746871d36f85b93a56822d8fa1023d26

bed45d2164c52edf7027b71ef9a0f21c

CATEGORIES
TAGS