Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə hər iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Poliqon.az

CATEGORIES
TAGS