Müdafiə
Azərbaycan Ordusunun əsgəri şəhid olub

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ermənistan hərbi birləşmələrinin açdığı atəş nəticəsində şəhid olub.
Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.
Mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!




