MüdafiəXəbərlər

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə keçirilən “Erciyes – 2023” təlimində iştirak edir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Kayseri şəhərində keçirilən “Erciyes – 2023” təlimində iştirak edirlər.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.

“Erciyes – 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

 

Back to top button